Baş prokuror medianın fəaliyyətindən danışdı
22.02.2022
Bəzi hallar olub ki, biz bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
"Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar olmamalıdır”, - o vurğulayıb.