ABŞ bu gündən Rusiyaya qarşı sanksiyaları işə salır
22.02.2022
Birləşmiş Ştatlar fevralın 22-dən etibarən Rusiyaya qarşı sanksiya tətbiq edəcək.
Bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild danışıb.
O, buna səbəb kimi qondarma Donetsk və Luqansk Xalq Respublikalarının Moskva tərəfindən tanınmasını göstərib.
"Sabahdan Birləşmiş Ştatlar beynəlxalq hüququn növbəti pozulmasına görə Rusiyaya qarşı sanksiya tətbiq edəcək”, - deyə diplomat bildirib.
Mənbə: TASS