XƏBƏRDARLIQ: Bu ölkəyə gedənlər vəsiyyət hazırlasın
02.09.2018
Şimali Koreyaya getmək istəyənlər vəsiyyətini hazırlasın.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosundan bildirilib. Bürodan verilən açıqlamada vətəndaşların Dövlət Departamentindən xüsusi icazə olmadan Şimali Koreyaya səyahət edə bilməyəcəyi vurğulanıb:
"ABŞ vətəndaşlarının saxlanılması və uzunmüddətli nəzarətə götürülməsi riskindən dolayı Şimali Koreyaya səyahət etməyin. Əgər xüsusi icazə alsanız, baxmaq məcburiyyətində olduğunuz uşaqlarınız, mal varlığınız və cənazə istəklərinizlə bağlı plan qurun”.