Rusiyanın hərəkətlərinin nəticələri dəhşətli olacaq - ABŞ
22.02.2022
Rusiyanın Ukraynanın şərqində sülhməramlı əməliyyat adı altında qoşun yerləşdirməsi axmaqlıqdır. Regionların Moskva tərəfindən tanınması isə müharibəyə bəhanədir.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
"Rusiyanın hərəkətlərinin nəticələri Ukraynada, Avropada və bütün dünyada dəhşətli olacaq. Putin Minsk razılaşmalarını parça-parça etdi”, - diplomat bildirib.