Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatıb
01.09.2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri sentyabrın 1-də başa çatıb.
"Dövran Media" xəbər verir ki, Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Soçi şəhərinin meri Anatoli Paxomov, Krasnodar Vilayətinin qubernatorunun müavini Anatoli Voronovski və Rusiya Xarici İşlər Nazirliyi dövlət protokolu idarəsinin rəis müavini Andrey Yakovlev yola saldılar.