Şuşa Bəyannaməsi erməni parlamentində müzakirə edildi
21.02.2022
Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyası müxalif "Ermənistan” blokunun irəli sürdüyü Azərbaycan və Türkiyə tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı qanun layihəsini dəstəkləməyib.
"Devran Media" xəbər verir ki, qanun layihəsinin lehinə 4 deputat səs verib. Hakim "Mülki Müqavilə” partiyasının 6 deputatı isə bitərəf qalıb.
Qəbul edilməyən qanun layihəsində Şuşa Bəyannaməsinin Ermənistan üçün qəbuledilməz olduğu vurğulanırdı. Bildirilirdi ki, bəyannamə "Bir millət - iki dövlət” konsepsiyası çərçivəsində Türkiyə-Azərbaycan hərbi-siyasi birliyi ilə yekunlaşır.