Azərbaycan XİN Fransanı təbrik etdi
21.02.2022
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədər Fransanı təbrik edib.
Bu barədə Azərbaycan XİN-in Tvitter səhifəsində paylaşım edilib.
"Bu gün Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Fransa Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Fransa əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - paylaşımda qeyd olunub.