21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Olimpiada başa çatdı, indi müharibə başlayır?

21.02.2022

Olimpiada başa çatdı. Kreml Pekinin xahişini yerinə yetirdi, 3-20 fevral tarixlərində Ukraynaya hərbi müdaxilə etmədi.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna ətrafında son vaxtlar daha da gərginləşən proseslər haqda qeyd edib.

O bildirib ki, Kreml bundan sonra Ukrayna ilə bağlı "planını” reallaşdırmaqda sərbəstdir:

"Ancaq Rusiyanın rəqibləri kimi, tərəfdaşları da müharibə istəmir. Misal üçün Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin nə qədər Rusiyanın yanında yer aldığını vurğulasa da, slavyan xalqları arasında qırğınla müşahidə olunan toqquşma istəmir. Eləcə də Rusiyadan fərqli olaraq iqtisadi səmərəyə və ticarətə üstünlük verən Çin müharibənin əleyhinədir. Ancaq nə Minsk, nə də Pekin Kremlin planlarına mane olmaq iqtidarındadır”.

E.Şahinoğlunun fikrincə, hazırda ABŞ və Fransa Kremlin müharibə planını pozmağa, ən pis halda isə ləngitməyə çalışırlar:

"Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi və sabitliyi mövzusunda Rusiya ilə ABŞ arasında sammit keçirməyi təklif edib. ABŞ və Rusiya prezidentləri sammit təklifini qəbul ediblər. ABŞ Prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin fevralın 24-də görüşəcəklər. Bu o deməkdir ki, fevralın 24-ə qədər müharibə ehtimalı azalacaq. Çünki Rusiya Ukraynaya bu tarixə qədər müdaxilə edərsə, liderlərin görüşü təxirə salınacaq.

Görüşlə bağlı razılığa baxmayaraq, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləri əmindirlər ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə tam hazırdır. Bölgədə baş verən təxribatlar bunun üçün ciddi əsasdır. Donbas separatçıları atəşkəsi pozaraq ukraynalı hərbçiləri qətlə yetiriblər. Aydındır ki, Ukrayna ordusu cavab atəşi açmaq məcburiyyətindədir.

İkinci təxribat Donbasın yaşlı əhalisinin və uşaqların bölgədən Rusiyaya köçürülməyə başlanmasıdır. Görüntü yaradırlar ki, guya Ukrayna ordusu Donbasa hücuma hazırlaşır. Halbuki Kiyev Kremlə bəhanə vermək istəmir. Donbasın özündə də müəammalı partlayışlar baş verir. Krımdakı separatçılar əlisilahlı Donbasda yerləşməyə başlayıblar. Rusiya Dövlət Duması Kremlin sifarişi əsasında Donbasa hərbi müdaxilə barədə qərar üzərində işləyir. Paris və Vaşinqton bu prosesi dayandıra biləcəklərmi? Çətin”.