29 01 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Doğum evindən qaçırılan körpə 16 il sonra valideynlərinə qovuşdu

21.02.2022

Meksikanın Qvadalaxara şəhərində özünü tibb bacısı kimi təqdim edən qadın doğum evindən yeni doğulmuş körpəni oğurlayıb.

2005-ci ilin dekabrında o zaman 22 yaşında olan Rosaliya Lopezin Salvador adlı oğlu dünyaya gəlib. Doğuşdan sonra Lopez bir müddət xəstəxanada olub, əri Yaser Makias mütəmadi olaraq ona baş çəkib. Səfərlərinin birində arvadı dincələn zaman Makias uşaqla tək qalıb. Bu zaman tibb bacısı içəri girərək ona deyib ki, ziyarət vaxtı bitib və o, uşağı yedizdirməyə aparmalıdır.

Beləcə, körpə oğurlanıb. Qaçırılan uşağı 16 yaşında ikən valideynlərin təsvir etməyə çalışdıqları eskiz sayəsində tapmaq mümkün olub. Çəkilən portretə bənzəyən gənc polisin diqqətini çəkib. Onun DNT-si yoxlanıb və Lopezin oğlu olduğu təsdiqlənib.

Nəticədə, yeniyetmə öz ailəsinə qovuşub. Lakin, eyni zamanda cinayətin üstü hələ də açılmamış qalır.

Mənbə: lenta.ru