03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hulusi Akardan Rusiya-Ukrayna gərginliyi barədə AÇIQLAMA

18.02.2022

Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya ilə Ukrayna arasındakı gərginliyə münasibət bildirib.

Bu barədə o, NATO Müdafiə Nazirləri Toplantısından sonra Brüsseldə türkiyəli jurnalistlərə açıqlamasında deyib.

"Həm Gürcüstanın, həm də Ukraynanın ərazi bütövlüyü və suverenliyi bizim üçün önəmlidir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın də qeyd etdiyi kimi, biz Türkiyə olaraq, gərginliyin azaldılması üçün əlimizdən gələni etdik və bunu davam etdiririk”.

O qeyd edib ki, iki gündür davam edən NATO Müdafiə Nazirləri Toplantısında başda Ukrayna olmaqla ittifaqın gündəmində olan müdafiə və çəkindirmə məsələləri müzakirə edilib, həm regional, həm də qlobal inkişaflar dəyərləndirilib.

Türkiyənin Ukrayna böhranına baxışı və bölgədə daha aktiv rol oynamaq planının olub-olmaması ilə bağlı suala Akar belə cavab verib:

"Bizim bu məsələ ilə bağlı mövqeyimiz əvvəldən çox aydın və dəqiq olub. Bu, prezidentimizdən başlayaraq, nazirlər səviyyəsində, digər nümayəndə heyətləri arasında keçirilən görüşlərdə də hər zaman ən yüksək səviyyədə ifadə olunub. Əvvəldən biz bu məsələyə münasibət bildirmişik. "Biz Krımın işğalına qarşıyıq”, demişik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bildirdik. Bölgədəki gərginliyin sağlam düşüncə və balanslı yanaşma ilə həllinin tərəfdarıyıq və bu mənada səmimi istəyimizdir ki, Qara dənizlə həmsərhəd olan ölkələr sülh, dialoq, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”.

Mənbə: Haberler