21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kəmaləddin Heydərovun bacanağı məhkəməyə müraciət etdi

18.02.2022

"AFB Bank” ASC "Ecohouse” MMC-ni məhkəməyə verib. 

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi L.Əliyevanın icraatındadır.

Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

"Ecohouse” MMC barədə açıq mənbələrdə hər hansı məlumat olmasa da, "AFB Bank” Azərbaycanda kifayət qədər yaxşı tanınır. Çünki bu bank fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. 

"AFB Bank” ASC-nin səhmlərinin 99,6 %-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olduğu bildirilən "Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Mediada yayılan məlumatlara görə, "AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu məlumat indiyə qədər təkzib olunmayıb.