Lavrov Blinkenin görüş təklifini qəbul etdi
18.02.2022
Rusiya danışıqlar aparmaq təklifinə müsbət cavab verdi. Gələn həftənin sonunda Lavrovla Blinken Avropada görüşəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitter hesabında yazıb.
"Biz Rusiyanın Ukraynanı işğal etməyəcəyi şərti ilə razılaşdıq. Əgər yaxın günlərdə işğal etsələr, məlum olacaq ki, onlar heç vaxt diplomatiyaya ciddi yanaşmayıblar”, - Prays bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovu görüşə dəvət etmişdi.