Kişi beton hasarın altında qalaraq öldü
18.02.2022
İmişli rayonunda bir nəfər uçqun altında qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə rayonun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində M.Xələfovun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.