Bulvarda “Sahibsiz heyvanların bəslənmə köşkləri” quraşdırıldı - FOTO
17.02.2022
Bakı şəhərində sahibsiz heyvanların qidalanmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində "Sahibsiz heyvanların bəslənmə köşkləri” Dənizkənarı Milli Parkda quraşdırılıb.
"DM"-nın məlumatına görə, pilot layihənin həyata keçirilməsində məqsəd qayğıya ehtiyacı olan sahibsiz heyvanlara mərhəmət və sevgi göstərilməsi ənənəsini formalaşdırmaq, eyni zamanda, plastik tullantıların təkrar emalına dəstək göstərməkdir.
Enerjiyə qənaət məqsədilə köşklər günəş enerjisi ilə təmin olunub. Yerləşdirilən iki ədəd köşkdən biri qurğuya ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qabların təhvil verilməsi mexanizmi əsasında işləyəcək və bunun vasitəsilə 40 qram yemin alınması mümkün olacaq.
Qeyd edək ki, layihə çərçivəsində heyvanların qidalanmasına xidmət edən sahibsiz heyvanların bəslənmə köşkləri ilkin olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında qurulub.