Sülhməramlılar Qarabağda ermənilərə hərbi dərs keçir
17.02.2022
Rusiya sülhməramlıları Qarabağın Xocavənd rayonunun orta məktəbində "Sülhməramlının dərsi” adlı interaktiv dərs keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dərs zamanı rus hərbçiləri sülhməramlıların əsas vəzifələri, Rusiyada və dünyada sülhməramlı qüvvələrin yaradılması tarixi haqqında məlumat veriblər. Rus istehkamçıları ərazinin necə təmizləndiyini nümayiş etdirib, mina detektorunun işləmə mexanizmini göstəriblər.