Rusiya Ukrayna sərhədinə daha 7 min hərbçi göndərdi
17.02.2022
Rusiya Ukrayna ilə sərhəddəki hərbi varlığını 7 min nəfər artırıb.
"DM" xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
"Rusiya son bir neçə gündə Ukrayna sərhədi boyunca hərbi varlığını artırıb. Hərbçilərin bəziləri çərşənbə günü yerləşib”, - məlumatda qeyd olunub.