Xarici səyahətçilərin Qarabağa səfəri gələcəkdə də davam etdiriləcək
16.02.2022
"Tanınmış xarici səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərini gələcəkdə də davam etdirmək planlaşdırılır".
Bunu azərbaycanlı səyahətçi Merac Mahmudov bildirib.
Onun sözlərinə görə, növbəti belə səfər, təxminən, 1 il sonra təşkil oluna bilər: "Bu halda qonaqlar Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi bərpa işləri ilə əyani tanış ola və tərəqqini qiymətləndirəcəklər. Bu səfərin məqsədi ermənilərin işğal dövründə törətmiş olduqları dağıntıları, həmçinin Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işləri nümayiş etdirməkdir”.
Xatırladaq ki, bu gün 21 ölkədən olan tanınmış səyahətçilərin Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad edilmiş ərazilərə üçgünlük səfəri başlayıb.