Sərt cavaba hazırıq – Ukrayna müdafiə naziri
16.02.2022
Kiyev Donbas və Krım da daxil olmaqla, heç bir aqressiv hərəkət planlaşdırmır, Ukrayna tərəfdən heç bir təxribat olmayacaq.
"DM"xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
"Biz hər gün müdafiəmizi gücləndiririk, lakin nə şərqdə, nə Krımda, nə də başqa istiqamətlərdə hər hansı təcavüzkar hərəkətlər planlaşdırırıq. Ukrayna tərəfdən heç bir təxribat olmayacaq, amma bizə təxribat etmək cəhdlərinə sərt cavab veriləcək”, - Reznikov bildirib.