21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir əlavə dəyəri yüksək olan sahələri AÇIQLADI

15.02.2022

"Azərbaycanda qeyri-neft sektorunun аyrı-аyrı sаhələrinin inkişаfı sürətlənib”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Nazir bildirib ki, ötən il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib.

"Artım turizm və iaşə obyektlərində 34,2 faiz, qeyri-neft sənayesində 17,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 16 faiz, informasiya və rabitədə 6,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 3,3 faiz təşkil edib”.