21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda Cənubi Koreya təcrübəsi ilə “Ağıllı şəhər” həlləri tətbiq olunacaq

15.02.2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom” MMC ilə Cənubi Koreyanın GEOMEX şirkəti və Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

"Devran Media" bu barədə nazirliyə istinadən xəbər verir.

Memoranduma əsasən, "K-City Network 2020” proqramının "Ağıllı şəhər” (Smart City) layihəsi çərçivəsində Bakı şəhərinin Baş planı hazırlanır. Bu layihə ilə Bakı şəhərində Koreya tipli "ağıllı şəhər” həllərinin tətbiqi planlaşdırılır.

"K-City Network 2020” Koreya tipli "Ağıllı şəhər” layihəsinin müəyyən edilməsi və inkişafı üçün kompleks şəkildə dəstək təklif edən qlobal əməkdaşlıq proqramıdır. 2020-ci ildə Cənubi Koreya "Ağıllı şəhər” layihələri üzrə G2G (Government-to-Government) əməkdaşlığını inkişaf etdirmək məqsədilə "K-City Network” proqramını həyata keçirməyə başlayıb.