03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qarabağda məşğulluq strategiyası hazırlanacaq

15.02.2022

Bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub.

Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.

Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin "Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.

Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq strategiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.