"ABŞ və Türkiyə Cənubi Qafqazda birlikdə fəaliyyət göstərir"
15.02.2022
Ceferi Flake:"ABŞ və Türkiyə Cənubi Qafqaz və Şimal Afrikada birlikdə fəaliyyət göstərir”.
"Devran Media" "Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Ceferi Flake deyib.
Diplomat Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan müzakirələrə də toxunub. O bildirib ki, Ankara-İrəvan əlaqələrinin normallaşması istiqamətində atılan addımlar möhtəşəm hadisədir:
"Bunu məmnuniyyətlə qarşılayırıq. Xüsusi nümayəndələrin Rusiyada baş tutumuş birinci və Vyanada keçiriləcək ikinci görüşü bizi sevindirir. İstanbul və İrəvan arasında birbaşa uçuşların başlaması da mühüm siqnaldır. Türkiyə dünyada vacib siyasi "oyunçudur”. Türkiyə Rusiyanın regiondakı aqressivliyinin qarşısının alınması istiqamətində vacib müttəfiqdir”.