Rövnəq Abdullayev kollektivə təqdim edildi
15.02.2022
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni təyin olunmuş nazir müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.
Nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.