ABŞ vətəndaşlarını Belarus və Moldovadan da çıxarır
15.02.2022
ABŞ Rusiyanın artan hərbi hərəkətliliyi ilə bağlı öz vətəndaşlarına Belarus və Moldovaya getməməyi tövsiyə edib.
"Devran Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bəyanatda Belarus və Moldovada ABŞ vətəndaşlarına o ölkələri tərk etmək məsləhət görülüb.
Bildirilib ki, Belarus hökumətinin ABŞ səfirliyinin əməkdaşlarına məhdudiyyətlər qoyması səbəbindən Vaşinqton Belarusdakı vətəndaşlarına gündəlik xidmətlər göstərə bilməyəcək.