Peskov : Putin danışıqlara hazırdır
15.02.2022
Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik zəmanətləri məsələsində danışıqlara hazırdır.
"Devran Media" xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov CNN telekanalına müsahibəsində bildirib.
"Prezident Putin həmişə danışıqlar və diplomatiya tələb edib. Əslində, o, Rusiya üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı oldu. Ukrayna Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin yalnız bir hissəsidir. Əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, - Peskov deyib.