Kadırovdan hicabla bağlı ÇIXIŞ
02.02.2018
Çeçenistan rəhbəri Ramzan Kadırov Beynəlxalq hicab günündə özünün teleqram-
kanalında yazıb:
Bu gün beynəlxalq hicab günüdür. Hicab müsəlman qadınları
üçün dindarlığın və ədəbliliyin simvoludur. Mənim ailəmdə bütün qadınlar hicab
taxır. Bu, onların seçimidir, heç kəs zorla məcbur etməyib. Axı olmaz, bu gün
qeyrətdən, təvazökarlıqdan və düzlükdən danışıb, sabah isə imtina edəsən. Atıq bu,
riyakarlıqdır. Ona görə də seçim düşünülmüş olmalıdır. (müəllif orfoqrafiya və
punktuasiya saxlanılıb). Kadırov qeyd edib ki, bütün dinlərdə deyilir qadınlar
başlarını örtməlidir – həm islamda, həm xristianlıqda və həm də iudaizmdə. O
vurğulayıb ki, zaman dəyişir və kimsə artıq dini qaydalara riayət etmir, lakin
Çeçenistanda isə əksər qadınlar Quranın qanunlarını müqəddəs tutur. Amma mən
yaylıqsız çoxlu qadın tanıyıram ki, təvazökarlığın, ədalətin və alicənablığın
etalonudur - deyə bunu da bildirib.
DM