21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mədəniyyət Nazirliyi maliyyə pozuntularının aşkarlanmasına aydınlıq gətirib.

11.02.2022

Nazirlikdən bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 1 yanvar 2006-ci il tarixindən 8 may 2020-ci il tarixədək olan dövrü əhatə edir.

"Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub", - nazirlikdən bildirilib.

Qeyd edək ki, həmin dövrdə mədəniyyət naziri Əbülfəs Qarayev olub.