Bakıda tozun miqdarı sanitar normadan 1,3 dəfə yuxarıdır
31.08.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti havada olan tozun miqdarı ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə əsasən, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.
Nazirlik gün ərzində hər 3 saatdan bir yenilənən məlumatı ictimaiyyətə təqdim edəcək.