Rusiya və Britaniyanın xarici işlər nazirləri arasında görüş keçirilib
10.02.2022
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Liz Trass arasında görüş başa çatıb.
Bu barədə "DM” TASS-a istinadən xəbər verir.
Hazırda nazirlərin birgə mətbuat konfransı keçirilir.
13:52
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Liz Trass arasında görüş keçirilir.
"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdəki çətinliklər və Avropa təhlükəsizliyi ilə bağlı gərgin vəziyyət barədə fikir mübadiləsi aparılır.
Qeyd edək ki, Liz Trass Rusiyada ikigünlük işgüzar səfərdədir.