Fövqəladə Hallar Nazirliyinin Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 120 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.