21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputat ali məktəblərdə qış tətilinin uzadılmasını təklif etdi

10.02.2022

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ali məktəblərdə qış tətilinin müddətinin uzadılmasını təklif edib.

M.Quliyev özünün "Facebook” səhifəsində bu barədə yazıb.

Deputat bunu koronavirusun "Omikron” ştammının sürətlə yayılması ilə əlaqələndirib.  

"Omikron” yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuğu ilə fərqlənir, remissiya dövrü qısadır. Az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur. Buna görə də "Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir.

Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük”, - deyə Musa Quliyev bildirib.

Qeyd edək ki, ali məktəblərdə qış tətili fevralın 15 -də bitir.

Musa Quliyev hesab edir ki, yeni təhsil sessiyasının başlanması "Omikron” ştammı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil:

"Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir.

Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaqdır.

Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sessiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin”.

Millət vəkili söyləyib ki, lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə "Omikron”un yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik.