21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səfir Tehranda “Şuşa” adının təhrif edilməsinə münasibət bildirib

10.02.2022

"Azərbaycan torpağı olan Şuşanın adını hansısa küçədə yanlış olaraq "Şuşi” kimi qeyd etmək, sözsüz ki, hər iki ölkənin xalqı tərəfindən xoş qarşılanmır”.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın "IRIB” xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə "Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib.

"Bu cür yanlışlıqlara yol verilməsi mənfi presedent yarada bilər. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birimizin fikirlərini nəzərə alaq”, - deyə səfir vurğulayıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə "Badikübə”, Şuşa yerinə "Şuşi”). Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində "Azərbaycan” yazıblar.

Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib.