Mikayıl Cabbarov özünə müşavir təyin etdi
10.02.2022
İqtisadiyyat naziri Mikayıl Cabbarov özünə daha bir müşavir təyin edib.
Bu vəzifə Nazim Səmədova həvalə olunub.
O, bu təyinata qədər nazirlik yanında Dövlət Vergi Xidmətində aparat rəhbəri, daha öncə isə mədəniyyət və turizm nazirinin müavini vəzifələrində çalışıb.