Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu
10.02.2022
Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır