Azərbaycan təmsilçisi final mərhələsində çıxış edib
10.02.2022
Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.
"DM"-nın məlumatına görə, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb.
Litvintsev sərbəst proqramda 155.04 xal toplayıb və 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.
Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq