21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

UNESKO gəlir, İrəvanın isterikası başladı

09.02.2022

Rusların bir atalar sözü var: "Yalanla dünyanı gəzərsən, amma geri dönə bilməzsən”. Bu aforizm hazırda Ermənistan hakimiyyətinin davranışına və iddialarına çox uyğundur. 30 il ərzində dünyanı yalanla gəzənlər, 44 günlük müharibədən – Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra da geri dönə, öz yalanlarını etiraf edə bilmirlər və vəziyyətdən çıxmaq üçün yalanı bir qədər də genişləndirirlər.

Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

"Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyanın son açıqlaması rəsmi İrəvanın öz xislətindən əl çəkə bilməməsini göstərdi. Unanyan iddia edir ki, Azərbaycan "erməni abidələrini dağıdır və ya dəyişdirir”. 30 illik işğala və Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizminə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin hələ də qalması və qorunması Unanyana ən tutarlı cavabdır. Lakin məsələ Unanyana cavab tapmaq da deyil, sadəcə, bir ölkənin və rəsmilərinin necə bu qədər həyasız olmağı bacarması heyrət doğurmaya bilmir. 30 illik işğal dövründə, hətta ondan öncə də Ermənistanın istər hazırda bu ölkənin yerləşdiyi tarixi torpaqlarımızda, istərsə işğal altındakı ərazilərdə Azərbaycan abidələrinə qarşı törətdiyi vandalizmdən hər kəs, bunu görmək və dilə gətirmək istəməyənlər belə xəbərdardır. 44 günlük müharibədə qələbə qazanan Azərbaycanın o torpaqlara qayıdarkən qarşılaşdığı mənzərə isə daha dəhşətli idi: şəhərlər yalnız dağıdılmayıb, tamamilə silinib, vaxtilə yüz minlərlə insanın yaşadığı ərazilər düzəngaha çevrilib. Ermənilərin yaşadığı azsaylı ərazilərdə isə Azərbaycan abidələri tamamilə erməniləşdirilib. Bunu artıq təkcə rəsmi Bakı dilə gətirmir. Müharibədən sonra Qarabağa səfər edən xarici qonaqlar, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri də bunun canlı şahidi oldular. Ermənilər nəinki məscidləri və digər maddi-mədəni abidələrimizi, hətta Azərbaycan torpaqlarında əsrlərdir mövcud olan xristian abidələrini də dağıdıb, yaxud erməniləşdiriblər. İndi özlərinin etdiklərini və artıq dünyanın canlı şahidi olduğu vandalizmi Azərbaycanın üzərinə yıxmaq, Bakını ittiham etməyə cəhd edirlər. Bunun "erməni xəstəliyi”ndən başqa adı yoxdur. Ermənistanın bu iddiaları yenidən gündəmə gətirməsi də təsadüfi deyil. Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə İlham Əiyev və Nikol Paşinyan arasında keçirilən son görüşdə UNESKO-nun missiyasının hər iki ölkəyə səfər etməsi razılaşdırıldı. İrəvan anlayır ki, beynəlxalq təşkilat Qarabağda da, hazırki Ermənistan ərazisində də Azərbaycanın maddi-mədəni irsinə qarşı törədilən vandalizmi görəcək və missiyasına uyğun olaraq aktlaşdıracaq. Məhz bunun üçün öncədən Azərbaycan haqqında yanlış rəy yaratmağa çalışırlar. Lakin cənab fakt yenə də hər şeyin üzərindən asılı olaraq qalmaqdadır”, - deyə o qeyd edib.