Qrip və digər virus infeksiyalarının sayı artıb
09.02.2022
"Bu il ötən illərə nisbətən qrip və digər virus infeksiyalarının sayı artıb”
"DM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, bu da sıx təmaslarla bağlıdır:
"Ötən il karantin qaydaları ilə bağlı qapanmalar olduğundan təmaslar azalmışdı, buna görə digər respirator virus infeksiyalarına yoluxma sayları da az idi. Bu il karantin qaydaları yumşaldığı üçün, təmaslar nəticəsində belə hallar ötən ilə nisbətən çoxalıb”.