Zas:NATO Şərqi Avropanı hərbiləşdirir
09.02.2022
NATO bloku Şərqi Avropanı Belarus və Rusiya sərhədləri yaxınlığında hərbiləşdirir və bu, KTMT-nin bütün məsuliyyət zonasının təhlükəsizliyinə mənfi təsir göstərir.
Bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
"KTMT-nin məsuliyyət zonasının qərb sərhədlərində NATO-nun fəaliyyətinin nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur. Hərbi fəallıq artır, faktiki olaraq bütün regionun hərbiləşdirilməsi gedir”, - Zas bildirib.
Onun sözlərinə görə, bu, Belarus və Rusiya üçün təhlükə yaratmaqla yanaşı, bütün KTMT təşkilatının təhlükəsizliyinə mənfi təsir göstərir.