Rusiya Baş Qərargah rəisi Belarusa getdi
09.02.2022
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov sabah başlayacaq birgə təlimə görə Belarusa gedib.
"DM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu təlim Rusiya və Belarus prezidentlərinin qərarına əsasən, yanvarda başlayan qoşunların təftiş işinin son mərhələsi olacaq”, - deyə məlumatda bildirilib.
Məlumata görə, təlim zamanı müdafiə əməliyyatı, terrorla mübarizə və İttifaq Dövlətinin maraqlarının müdafiəsi ilə bağlı fəaliyyətlər həyata keçiriləcək.