Nazir: “Ermənistan öhdəliklərə əməl etmir”
09.02.2022
"Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması prosesinə dair ziddiyyətli açıqlamalar verir və öhdəliklərə əməl etmir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi dövlət sərhədinin müəyyənləşməsindən keçir.
"Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasını dəstəkləyir. Ermənistan isə hansısa ön şərt irəli sürmə cəhdlərini ortaya qoyur”, - deyə Ceyhun Bayramov əlavə edib.