Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - Video
09.02.2022
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisdə məhkəmə zalında Ukrayna himnini ifa edib.
Saakaşvili çıxışı zamanı ona qarşı səsləndirilən bütün ittihamların əsassız olduğunu bildirib. Keçmiş prezident prokuror və hakimləri korrupsiyada ittiham edib.
Daha sonra vəkilləri Saakaşviliyə Ukrayna bayrağını verərək mobil telefonda Ukrayna himnini səsləndiriblər. Keçmiş prezident isə himni ifa etməyə başlayıb. Saakaşvili ifa edərkən vəkilləri və tərəfdarları ayağa qalxıblar.