21 11 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda bankda onlayn notariat hərəkətləri həyata keçirmək mümkün olub

09.02.2022

Bu gün Ədliyyə Nazirliyi "PAŞA Bank" ASC ilə birlikdə istifadəyə verdiyi innovativ xidmətinin ictimai təqdimatını keçirir.

Yeni xidmət müştərilərə bank xidmətlərindən yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında təsdiq etmək imkanı verir.

Ölkəmizdə ilk dəfə tətbiq olunan texnoloji həll bir sıra əməliyyatlar üzrə müştərilərin banka və yaxud notariusa bilavasitə müraciət etmək zərurətini aradan qaldırır. Belə ki, onlayn bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında təsdiq etdirə biləcək.

Xatırladaq ki Azərbaycanda vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi istifadə olunur. 200 mindən çox istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatları daha asan, rahat və məsafədən həyata keçirilir.