Qatar yoluna yıxılan qadının vəziyyəti AÇIQLANDI
09.02.2022
Ötən gün Bakı metrosunda stansiya yoluna yıxılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, stansiya yoluna düşən şəxs 1988-ci il təvəllüdlü E.Mirzəxanovadır.
Qeyd edək ki, ötən gün saat 21:54-də metronun "Dərnəgül”–"Həzi Aslanov” marşrut xətti üzrə hərəkət edən qatar "Azadlıq prospekti” stansiyasına daxil olan zaman xanım sərnişin qatar yoluna yıxılıb.