Rüşvətə görə saxlanılıblar
30.08.2018
Ukraynanın "Borispol” aeroportunun iki vəzifəli şəxsi korrupsiya qalmaqalına görə saxlanılıb.
Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Andrey Lısenko aeroportun satınalma xidmətinin və bu xidmətin texniki-material təminatı şöbəsinin rəhbərlərinin 141 min qriven (5000 min dollardan artıq) rüşvət aldıqlarına görə saxlanıldıqlarını deyib. Onlar işlərin və xidmətlərin satınalınması üzrə elan olunan tenderdən 10-20 faiz əlavə rüşvət almaqda ittiham edilirlər.
Hazırda "Borispol” aeroportunda Kiyev vilayəti prokurorluğunun əməkdaşları yoxlamaları davam etdirirlər.