03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Bölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı var"

08.02.2022

Araz Nəsirov:"Azərbaycan bölgələrində ixtisaslaşmış həkimlərin çatışmazlığı hələ də mövcuddur".

"DM" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

Onun sözlərinə görə, ölkədə əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşdiyindən insanlar tibbi xidmət almaq üçün regionlardan Bakıya gəlirlər: "Məqsədimiz odur ki, bölgələrdə də multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”.

Həmçinin təcili tibbi yardım fəaliyyətindən də söz açan Agentlik rəsmisi əlavə edib ki, ölkədə hazırda 1300 təcili tibbi yardım avtomobili mövcuddur.