Azərbaycan idmançısı Olimpiadada ilk çıxışını etdi
08.02.2022
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Devran Media" xəbər verir ki, kişilərin fərdi yarışlarında çıxış edən Litvintsev bu gün qısa proqramda çıxış edib.
Onun çıxışı 84,15 xalla qiymətləndirilib. Yığmamızın açılış mərasimindəki bayraqdarı 18-ci olub.
24 idmançı arasına düşdüyündən təmsilçimiz sərbəst proqramda da çıxış edə biləcək.
Qeyd edək ki, sərbəst proqram fevralın 10-da baş tutacaq.