21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Zaur Əliyev: "Qazilərə yardımla bağlı Türkiyə xəstəxanaları ilə işlərimiz davam edir"

08.02.2022

"Qazilərə yardımla bağlı Türkiyə xəstəxanaları ilə işlərimiz davam edir"
"DM" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev "İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlıq edilir:

"Pandemiya dövründə Azərbaycan ilə Türkiyə arasında çox səmərəli əməkdaşlıq oldu. Azərbaycanın vaksinləri əldə etməsində Türkiyənin böyük rolu olub. Türkiyə istehsalı olan vaksinin 3-cü faza sınaq mərhələsinin də Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar olub".

Z.Əliyev qeyd edib ki, gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəklər.