Beynəlxalq agentlik Cənub Qaz Dəhlizinin reytinqini TƏSDİQLƏDİ
07.02.2022
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings” Cənub Qaz Dəhlizi QSC-nin yüksək səviyyəli təminatsız avrobondunun xarici valyutada uzunmüddətli reytinqini "BB+” səviyyəsində təsdiqləyib.
Bu, "Fitch Ratings”in səhmdar cəmiyyətin 2026-cı ilə qədər dövriyyədə olacaq və Azərbaycan Respublikası tərəfindən tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları həcmində avrobondlarına dair dəyişməz mövqeyini əks etdirir.
Bildirilib ki, səhmdar cəmiyyət 2021-ci ildə yeni borc götürməyib. Onun 2022-ci ildə nağd pula olan ümumi ehtiyacı tamamilə "Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər hesabına ödəniləcək