21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mərkəzə giriş ödənişli ola bilər

30.08.2018

Latviyanın paytaxtında bir neçə ildir ki, mərkəzdə havanın aşağı keyfiyyətli olması problemi kəskin şəkildə durur. Riqa Dumasında vəziyyətin qaydaya salınmasından ötrü bir sıra təkliflər hazırlanıb. Onlardan biri tarixi mərkəzə girişin ödənişli edilməsidir. Axı məhz nəqliyyat havanı daha çox çirkləndirir.
Riqa Duması tarixi mərkəzin perimetri üzrə 16 nəzarət-buraxılış məntəqəsinin tikinti hüququnu qazanmaq uğrunda müsabiqə elan edib. Bu onu deməyə əsas verir ki, şəhər hakimiyyət orqanları ödənişi həyata keçirə bilərlər.
Ödənişin həyata keçirilməsi 2016-2020-ci illərdə Riqada havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə fəaliyyət planında nəzərdə tutulur. Proqramda göstərilir ki, bu tədbir Riqada hərəkətin intensivliyini beşdəbirədək azaldacaq. Məsələn, Yaşayış və Ətraf Mühit Departamentindən ətraf mühitə nəzarət üzrə baş mütəxəssis Evita Vitolanın sözlərinə görə, mərkəzə köhnə avtomobillərin buraxılmasını qadağan etmək olardı.
"Bu plan o deməkdir ki, müvafiq işlər görülməlidir. Bunlar müəyyən müddətdə həyata keçməli olan məsələlərdir. Çünki havanın keyfiyyəti üzrə normativlərə riayət olunmalı və bu məqsədə çatmaq lazımdır. Bu, dəyərləndirilən məsələlərdir”, - deyə E.Vitola bildirib.