Məni öldürməyə çalışırlar - Lukaşenko
07.02.2022
Mənə qarşı bir neçə sui-qəsd cəhdləri olub, məni öldürməyə çalışırlar.
"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"İndi də çalışırlar. Hətta sən də indi yanımda oturursan və bundan xəbərin yoxdur, mən sənə bir aydan sonra deyəcəm", - Lukaşenko "Solovyov Live” Yutub kanalı üçün müsahibəsində deyib.
Lukaşenko onun ailə üzvlərinin təhlükədə olub-olmaması sualını da cavablandırıb:
"Bu, hədsizdir. Bu, qırmızı xətt deyil, bu, artıq bir şeydir".